“Cənab prezidentin bu ayın əvvəlində ABŞ-yə səfəri çərçivəsində Ermənistan Respublikasının ərazisindən keçməklə Naxçıvanla birbaşa əlaqəni təmin edəcək nəqliyyat xəttinin tikintisi barədə razılıq əldə edilib. Zəngəzur dəhlizinin yaradılmasını zəruriləşdirən bu tarixi uğur bizim işimizi stimullaşdırır. Horadiz-Ağbənd xəttinin tikintisini tez bir zamanda tamamlanması və Ermənistan sərhədinə çatdırılması üçün böyük səylə çalışırıq”.
Yurd. Media xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları"nın sədr müavini Nicat Quliyev bildirib.
Sədr müavini Horadiz-Ağbənd xəttinin tikintisi ilə bağlı son prosesləri də açıqlayıb:
“Artıq qardaş Türkiyə Respublikasında da Naxçıvanla sərhəddə Zəngəzur dəhlizinə birləşəcək Qars-Iğdır-Aralıq-Dilucu dəmiryol xəttinin təməli qoyulub. Bu baxımdan, Naxçıvanın dəmiryol infrastrukturunun bərpası ölkəmizin ali rəhbərliyi tərəfindən prioritet məsələ elan edilib və ADY olaraq ən qısa zamanda bu istiqamətdə işə başlamağı planlaşdırırıq”.