SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Kiberdələduzluq halları ilə necə və harada qarşılaşırıq? - SORĞU

Kiberdələduzluq halları ilə necə və harada qarşılaşırıq? - SORĞU

  • 03 iyun 2025, 15:24

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən kiberhücumlarla bağlı əhalinin məlumatlılıq səviyyəsini öyrənmək məqsədilə sorğu keçirilib. Yurd.Media xəbər verir ki, təhlil nəticələrinə görə, respondentlərin 50%-i kart məlumatlarının oğurlanması halı ilə qarşılaşıb.

Bank kartları ilə bağlı kiberhücumlara məruz qalanların sayı 11.7%, digər kiberfırıldaqçılıq halları isə 5.9% təşkil edir. Sorğuda iştirak edənlərin 24.3%-i kiberhücumlar haqqında məlumatlılıq səviyyəsinin aşağı olduğunu qeyd edib.

Müəyyən edilib ki, respondentlərin 40.8%-i kibertəhlükəsizlik üçün heç bir tədbir görmür. Eyni zamanda, 53.9%-i bu sahədə bilgiləri əsasən sosial şəbəkələrdən əldə etdiyini vurğulayıb. Təhlükəsizlik mövzusunda təlimlərdə iştirak etməyə maraq göstərənlərin sayı isə cəmi 21.4% təşkil edir.

Sorğunun məqsədi əhalinin kibertəhlükəsizlik sahəsində davranışlarını təhlil etmək və bu sahədə effektiv maarifləndirmə tədbirlərinin hazırlanmasına töhfə verməkdir.

Prime Leasing