SÜJET

Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi Süni intellekt
Yevlaxda autsayderlərin dueli

Yevlaxda autsayderlərin dueli

  • 15 may 2026, 11:37
Yevlax

Futbol üzrə Azərbaycan çempionatının 32-ci turu autsayderlərin dueli ilə başlayacaq.

Yurd.Media xəbər verir ki, Premyer Liqanın ilk oyun günündə iki görüş baş tutacaq. Əvvəlcə "Karvan-Yevlax" "Qəbələ"ni qəbul edəcək. Yevlax şəhər stadionunda, saat 17:00-da başlayacaq matçı Əli Əliyev idarə edəcək.

Yevlax təmsilçisi hazırda 14 xalla turnir cədvəlinin sonuncu - 12-ci pilləsində qərarlaşıb. 21 xala malik "Qəbələ" isə 11-cidir.

Günün ikinci matçında "Araz-Naxçıvan" "Kəpəz"lə üz-üzə gələcək. "SOCAR Polymer Arena"da, saat 19:30-da start götürəcək görüşü Rəşad Əhmədov idarə edəcək. "Araz-Naxçıvan" 40 xalla 7-ci yerdədir. 27 xala malik Gəncə klubu isə 10-cudur.

Qeyd edək ki, tura mayın 17-də yekun vurulacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları