SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Sumqayıt Qubada İmişlidən üstün oldu

Sumqayıt Qubada İmişlidən üstün oldu

  • 25 aprel 2026, 19:18
Quba

Azərbaycan Premyer Liqasında 29-cu tura start verilib.

Yurd.Media xəbər verir ki, turun açılış matçında "İmişli" "Sumqayıt"ı qəbul edib.

Quba Olimpiya İdman Kompleksində keçirilən görüş, Sumqayıt komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Aleksandr Ramalinqom 34 və 85-ci dəqiqədə fərqlənməklə dubla imza atıb. Bu nəticədən sonra "Sumqayıt" 38 xalla 7-ci pillədə yer alıb. 9-cu yerdə olan "İmişli"nin isə 29 xalı var.

Qeyd edək ki, XXIX tura aprelin 27-də yekun vurulacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları