SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Şamaxıda güləş zalının açılışı olub

Şamaxıda güləş zalının açılışı olub

  • 08 iyun 2025, 09:23
Şamaxı

Şamaxı şəhərində müasir tələblərə cavab verən yeni güləş zalı istifadəyə verilib.

Yurd.Media xəbər verir ki, açılış mərasimində Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Nəsimi Musayev, Şamaxı gənclər idman idarəsinin rəisi Şahmar Hüseynov, Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndəsi İlqar Əfəndiyev, I-S dərəcəli hakim, icra başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asif Şirəliyev, qadın güləşi üzrə U17 milli komandanın böyük məşqçisi Həsrət Məmmədyarov, veteran güləşçilər – Hacıbaba Şıxıyev və Ədalət Həmidov iştirak edib. Qonaqlar bu güləş mərkəzinin Şamaxının sərbəst güləş ənənələrini yaşadacağına inam ifadə ediblər.

Zal Şamaxı şəhər stadionunun nəzdində fəaliyyət göstərir. Aşıq Məmmədağa küçəsində yerləşən güləş mərkəzində uşaq, yeniyetmə və gənclər üçün sərbəst güləş üzrə ödənişsiz məşqlər təşkil olunur. Müasir avadanlıqlarla təchiz olunan zal həm də AGF-nin regional hazırlıq mərkəzlərindən biri kimi fəaliyyət göstərəcək.

Layihənin məqsədi bölgədə güləşin inkişafına töhfə vermək, yeni istedadların üzə çıxmasına şərait yaratmaqdır.

Prime Leasing