SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Qarabağ səfərdə Zirə ilə bacarmadı

"Qarabağ" səfərdə "Zirə" ilə bacarmadı

  • 06 dekabr 2025, 22:04

Azərbaycan Premyer Liqasında XIV tura start verilib.

Yurd.Media xəbər verir ki, turun ilk oyun günündə "Qarabağ" səfərdə "Zirə"nin qonağı olub.

Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş heç-heçə bitib - 1:1.

"Zirə"nin heyətində 31-ci dəqiqədə İssa Cibrila fərqlənib. Enrike Kustadio isə 44-cü dəqiqədə avtoqol müəllifi olub.

Bu nəticədən sonra xallarının sayını 30-a çatdıran "Qarabağ" lider mövqeyində qərarlaşıb. 27 xala malik "Zirə" ikincidir.

Qeyd edək ki, XIV tura dekabrın 9-da yekun vurulacaq.

Prime Leasing
SPE Annual Caspian