SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Karvan-Yevlax Şamaxıya qarşı

"Karvan-Yevlax" "Şamaxı"ya qarşı

  • 07 dekabr 2025, 09:41

Bu gün Misli Premyer Liqasının XIV turunda daha bir oyun keçiriləcək.

Yurd.Media xəbər verir ki, günün yeganə qarşılaşmasında "Karvan-Yevlax" "Şamaxı" ilə üz-üzə gələcək.

Matç Yevlax şəhər stadionunda, saat 14:00-da start götürəcək.

Şamaxı kollektivi 14 xalla turnir cədvəlinin doqquzuncu sırasında qərarlaşıb. 5 xalı olan yevlaxlılar isə sonuncu - on ikincidirlər.

Tərəflər arasında ilk dövrədə keçirilən matçda "Şamaxı" 3:0 hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, turun açılış görüşündə "Zirə" "Qarabağ"la bərabərə qalıb - 1:1. Tura dekabrın 9-da yekun vurulacaq.

Prime Leasing
SPE Annual Caspian