SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Sumqayıt minimal hesablı qələbəyə sevindi

"Sumqayıt" minimal hesablı qələbəyə sevindi

  • 09 dekabr 2025, 22:30

Azərbaycan Premyer Liqasının növbəti turunda "Sumqayıt" evdə qələbə qazanıb.

Yurd.Media xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "İmişli"ni qəbul edən "Sumqayıt" minimal hesablı (1:0) qələbə qazanıb.

82-ci dəqiqədə Rüstəm Əhmədzadə yerli azarkeşləri sevindirib.

"Sumqayıt" 26 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. 15 xala malik "İmişli" isə doqquzuncu yerdədir.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" "Karvan-Yevlax"ı (3:0), "Sabah" "Neftçi"ni (2:0), "Araz-Naxçıvan" "Kəpəz"i (2:0) məğlub edib. "Zirə" - "Qarabağ" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1. "Qəbələ" - "Turan Tovuz" oyunu isə əlverişsiz hava şəraitinə görə təxirə salınıb.

Prime Leasing
SPE Annual Caspian