SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Neftçi yenə uduzdu

"Neftçi" yenə uduzdu

  • 08 dekabr 2025, 22:48

"Neftçi" Azərbaycan Premyer Liqasında məğlubiyyət ilə üzləşib.

Yurd.Media xəbər verir ki, XIV turda "Bank Respublika Arena"da keçirilən oyunda "Sabah" 2:0 hesablı qələbəyə sevinib.

Qolları Akim Zedadka (58) və Coy-Lens Mikels (77) vurublar.

Bu qələbə ilə xallarının sayını 28-ə çatdıran "Sabah" turnir cədvəlində ikinci sıraya yüksəlib. "Neftçi" isə 16 xalla səkkizinci sırada qalıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şamaxı" "Karvan-Yevlax"ı (3:0) məğlub edib, "Zirə" - "Qarabağ" görüşündə qalib müəyyənləşməyib - 1:1. "Qəbələ" – "Turan Tovuz" oyunu isə güclü duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılıb və təxirə salınıb.

Prime Leasing
SPE Annual Caspian