Şəraitdən düzgün istifadə edilməməsi Azərbaycan futbolunu inkişafdan geri salır.
Bunu uzun illər futbol üzrə Azərbaycan milli yığmasının kapitanı olmuş Tərlan Əhmədov Yurd.Media-nın baş redaktoru Murad Əliyevin təqdimatında “Yurddaş” verilişində müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu gün dövlət tərəfindən yaradılan şərait, vəsait kifayət edir ki, Azərbaycan futbolu inkişaf etsin:
"Dövlət tərəfindən hər kluba vəsait ayrılır. Amma nəticə yoxdur. Azərbaycan futbolunun beşiyi sayılan Gəncə, Tovuz, Şirvan, Sabirabaddan vaxtı ilə yaxşı futbolçular çıxıb. Amma orada artıq demək olar ki, futbol yoxdur. Son 4 ildə Gəncə ancaq ayaqda durmaq üçün yaşayır. Futbolçu yetişdirmək olar, amma iş düz getmir. Sistem düz deyil".