SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Şamaxı Zirəyə qalib gəlib

"Şamaxı" "Zirə"yə qalib gəlib

  • 13 dekabr 2025, 21:44

Azərbaycan Premyer Liqasında XV tura start verilib.

Yurd.Media xəbər verir ki, günün ilk oyununda "Şamaxı" doğma meydanda "Zirə"yə 2:1 hesabı ilə qalib gəlib.

Qonaqların heyətində Georgi Papunaşvili 8-ci dəqiqədə hesabı açıb. Bölgə təmsilçisinin qollarını isə 54-cü dəqiqədə Alfons Msanqa və 61-ci dəqiqədə penaltidən Karim Rossi vurublar.

"Şamaxı" 20 xalla 7-ci, "Zirə" isə 27 xalla üçüncü pillədə qərarlaşıb.

Günün ikinci qarşılaşmasında "Turan Tovuz" "Sabah"ı qəbul edib.

Oyun Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qonaqların heyətində 31-ci dəqiqədə Coy Lens Mikels hesabı açıb. 68-ci dəqiqədə Velko Simiç fərqi iki topa çatdırıb. 79-cu dəqiqədə Umarali Raxmonaliyev komandasının üçüncü qoluna imza atıb.

Tovuz klubunun heyətində Filip Ozobiç 82-ci dəqiqədə adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 31-ə çatdıran "Sabah" hələlik birinci pillədə qərarlaşıb. "Turan Tovuz" 24 xalla beşinci sıradadır.

Qeyd edək ki, XV tura dekabrın 15-də yekun vurulacaq.

Prime Leasing
SPE Annual Caspian