SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Sabah Araz-Naxçıvan oyununda heç-heçə, Zirədən qələbə

"Sabah" "Araz-Naxçıvan" oyununda heç-heçə, "Zirə"dən qələbə

  • 25 oktyabr 2025, 21:59

Azərbaycan Premyer Liqasında IX turda bugün 2 oyun keçirildi.

Yurd.Media xəbər verir ki, əvvəlcə "Sabah" "Araz-Naxçıvan"la üz-üzə gəlib. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

"Sabah"ın heyətində 54-cü dəqiqədə Stiv Solvet, 73-cü dəqiqədə Coy Lens Mikels (penalti) fərqləniblər. Naxçıvan klubunun qollarına 58-ci dəqiqədə İssuf Paro, 90+8-ci dəqiqədə Simakala imza atıb.

Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran "bayquşlar" dördüncü, 16 xalı olan "Araz-Naxçıvan" üçüncü sıradadır.

Günün digər görüşündə "Zirə" "Sumqayıt"ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Görüşdəki yeganə qolu 37-ci dəqiqədə Brahim Konate vurub.

Qeyd edək ki, ötən gün "Turan Tovuz" "Karvan-Yevlax"ı (2:1), "İmişli" isə "Kəpəz"i (3:0) məğlub edib. Tura oktyabrın 26-da yekun vurulacaq.

Prime Leasing