SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Qəbələdə sülh bağlandı

Qəbələdə sülh bağlandı

  • 25 aprel 2026, 20:40
Qəbələ

Azərbaycan Premyer Liqasında 29-cu turun ikinci oyunu keçirilib.

Yurd.Media xəbər verir ki, Qəbələdə şəhərin eyniadlı komandası "Araz-Naxçıvan"ı qəbul edib.

Qəbələ şəhər stadionundakı qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

76-cı dəqiqədə qonaqların futbolçusu Ömər Buludov avtoqol müəllifi olub. 83-cü dəqiqədə İssuf Paro tarazlığı bərpa edib.

Bu nəticədən sonra Naxçıvan klubu 40 xalla altıncı, "Qəbələ" 20 xalla 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, günün ilk görüşündə "Sumqayıt" "İmişli"ni iki cavabsız qolla üstələyib.

Tura aprelin 27-də yekun vurulacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları