SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Premyer Liqanın VIII turu qollu heç-heçə ilə yekunlaşdı

Premyer Liqanın VIII turu qollu heç-heçə ilə yekunlaşdı

  • 19 oktyabr 2025, 21:12

Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub.

Yurd.Media xəbər verir ki, turun son oyun günündə "Bank Respublika Arena"da "Zirə"ni qəbul edən "Sabah" 3:0 hesablı qələbəyə sevinib.

Meydan sahiblərinin heyətində Aron Maluda (42) və Velko Simiç (45+2, 75) fərqləniblər.

"Bayquşlar" 14 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. "Zirə" isə 13 xalla altıncıdır.

 Bağlanış matçında isə "Neftçi" və "Araz-Naxçıvan" kollektivləri qarşılaşıblar.

"Palms Sports Arena"da keçirilən oyunda 2:2 hesablı bərabərlik qeydə alınıb.

Ev sahiblərinin heyətində Bassala Sambu (19) və Emin Mahmudov (55) fərqləniblər. Qonaqların heyətində isə Ba-Muaka Simakala (36, 47) dubl müəllifi olub.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Kəpəz" "Şamaxı"nı, "Sumqayıt" "Karvan-Yevlax"ı (hər ikisi 4:1), "Qarabağ" "Turan Tovuz"u (2:1) məğlub edib. "İmişli" - "Qəbələ" görüşündə isə qalib müəyyənləşməyib - 2:2.

Prime Leasing