SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Premyer Liqada 10-cu tura yekun vuruldu

Premyer Liqada 10-cu tura yekun vuruldu

  • 02 noyabr 2025, 21:27

Azərbaycan Premyer Liqasında 10-cu turun son qarşılaşmaları keçirilib.

Yurd.Media xəbər verir ki, ilk oyunda "Turan Tovuz" "Şamaxı" ilə üz-üzə gəlib. Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qalibiyyəti ilə bitib.

Komandanın qollarını 45+2-ci dəqiqədə Roberto Olabe, 49-cu dəqiqədə Joarlem Santos vurub.

Qonaqlardan 45-ci dəqiqədə Rikardo Apolinario penaltidən fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran "Turan Tovuz" birinci pillədə qərarlaşıb. "Şamaxı" 10 xalla doqquzuncu sıradadır.

Günün ikinci matçında "Sumqayıt" doğma meydanda "Araz-Naxçıvan"ı məğlub edib - 3:2.

"Gənclik şəhəri" təmsilçisinin heyətində Roi Kehat 17 və 78-ci, Ronaldo Vaskes 69-cu dəqiqədə fərqlənib. Naxçıvan klubunun qollarını 41-ci dəqiqədə Şarl Boli və 50-ci dəqiqədə Patrik Andrade vurub.

Bu nəticədən sonra xallarının sayını 17-yə çatdıran "Sumqayıt" dördüncü pilləyə yüksəlib. "Araz-Naxçıvan" 16 xalla beşincidir.

Qeyd edək ki, tura noyabrın 3-də "Sabah" - "Qəbələ" qarşılaşması ilə yekun vurulacaq. Əvvəlki oyunlarda "Qarabağ" "İmişli"ni (2:0), "Zirə" "Karvan-Yevlax"ı (3:2), "Neftçi" "Kəpəz"i (5:1) məğlub edib.

Prime Leasing
SPE Annual Caspian