SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
“Neftçi” Yevlaxdan böyükhesablı qələbə ilə qayıtdı

“Neftçi” Yevlaxdan böyükhesablı qələbə ilə qayıtdı

  • 05 may 2026, 19:37
Yevlax

“Neftçi” çempionatda xallarını 50-yə çatdırdı.

Yurd.Media xəbər verir ki, Azərbaycan Premyer Liqasının 30-cu turunda “Karvan-Yevlax” və “Neftçi” komandaları üz-üzə gəlib.

Yevlax şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Rauf Cabbarovun idarə etdiyi görüşdə qolları İmad Faraj (31), Emin Mahmudov (50, pen.) və Fredi Varqas (57) vurublar.

Bu nəticədən sonra Yuri Vernidubun komandası xallarını 50-yə çatdıraraq turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Fizuli Məmmədovun kollektivi isə 14 xalla sonuncu yerdə qalıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Sumqayıt”ı (2:1), “Zirə” “Qəbələ”ni (1:0), “Qarabağ” “Turan Tovuz”u (2:1) məğlub edib. “Araz-Naxçıvan” “İmişli”yə (0:1), “Şamaxı” isə “Sabah”a (0:3) uduzub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları