SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Neftçi son dəqiqə qolu ilə qələbəni əldən verdi

"Neftçi" son dəqiqə qolu ilə qələbəni əldən verdi

  • 17 aprel 2026, 22:42

"Neftçi" son dəqiqədə buraxdığı qolla qələbəni əldən verdi.

Yurd.Media xəbər verir ki, Azərbaycan Premyer Liqasında XXVIII tur çərçivəsində "Neftçi" "Zirə"nin qonağı olub.

Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

63-cü dəqiqədə "ağ-qaralar"ın heyətində İmad Faraj fərqlənib. 90+5-ci dəqiqədə Brahim Konate "qartallar"ın bərabərlik qolunu vurub.

Xallarının sayını 44-ə çatdıran "Neftçi" beşinci pillədə qərarlaşıb. "Zirə" 45 xalla dördüncüdür.

Günün ilk görüşündə "Turan Tovuz" "Araz-Naxçıvan"ı üç cavabsız qolla üstələyib.

Qeyd edək ki, tura aprelin 19-da yekun vurulacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları