SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
“Kəpəz və Qarabağ qələbə qazandı

“Kəpəz" və "Qarabağ" qələbə qazandı

  • 14 dekabr 2025, 20:03

Azərbaycan Premyer Liqasının XV turunun daha 2 oyunu keçirilib.

Yurd.Media xəbər verir ki, əvvəlcə “Kəpəz” və “Qəbələ” komandaları üz-üzə gəlib.

Yevlax şəhər stadionunda keçirilən qarşılaşma Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi qarşılaşmanın 38-ci dəqiqəsində İbrahim Sanqare qırmızı vərəqə ilə cəzalandırılaraq “qırmızı-qaralar”ı azlıqda qoyub. Matçın 54-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Ryonosuke Ohori fərqlənərək komandasının qələbə qolunun müəllifi olub.

Bu nəticədən sonra Azər Bağırovun komandası 9 xalla turnir cədvəlinin 10-cu pilləsinə yüksəlib. Kaxaber Tsxadadzenin kollektivi isə 8 xalla 11-ci pillədə yer alır.

Günün ikinci oyununda "Qarabağ" evdə "Araz-Naxçıvan"ı məğlub edib.

"Azərsun Arena"da baş tutan qarşılaşma Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərinin heyətində Toral Bayramov (30, 90+5-ci (penalti) dəqiqələr), Nəriman Axundzadə (41-ci dəqiqə), Joni Montiel (57-ci dəqiqə, penalti) və Leandro Andrade (72-ci dəqiqə) fərqləniblər.

Naxçıvan komandasında isə Ramon Maçado (76-cı dəqiqə, penalti) rəqib qapısına yol tapıb.

Bu nəticədən sonra "Qarabağ 33 xalla turnir cədvəlinə liderlik edir. 23 xala malik "Araz-Naxçıvan" isə 6-cı yerdədir.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Şamaxı" "Zirə"ni (2:1), "Sabah" "Turan Tovuz"u (3:1), "Kəpəz" isə "Qəbələ"ni (1:0) məğlub edib. Tura dekabrın 15-də yekun vurulacaq.

Prime Leasing
SPE Annual Caspian