SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Kəpəz Qəbələyə, Qarabağ Araz-Naxçıvana qarşı

"Kəpəz" "Qəbələ"yə, "Qarabağ" "Araz-Naxçıvan"a qarşı

  • 14 dekabr 2025, 08:56

Bu gün Azərbaycan Premyer Liqasında XV turun növbəti oyunları keçiriləcək.

Yurd.Media xəbər verir ki, günün açılış qarşılaşmasında "Kəpəz" "Qəbələ"ni qəbul edəcək.

Yevlax şəhər stadionunda keçiriləcək matç saat 14:00-da start götürəcək.

Günün ikinci oyununda isə "Qarabağ" klubu öz meydanında "Araz-Naxçıvan" komandası ilə üz-üzə gələcək.

"Azersun Arena"da keçiriləcək qarşılaşma saat 17:30-da başlayacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları