SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Göyçayda güləş zalları istifadəyə verildi

Göyçayda güləş zalları istifadəyə verildi

  • 10 yanvar 2026, 12:34
Göyçay

Göyçayda 4 güləş zalı istifadəyə verilib.

Azərbaycan Güləş Federasiyasından Yurd.Media-ya bildirlib ki, zalların açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, AGF-nin vitse-prezidentləri Namiq Əliyev, Namiq Abdullayev, Fərid Mansurov, həmçinin federasiyanın baş katibi Pərvin Piriyev iştirak ediblər.

Güləş Federasiyasının Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində Göyçay şəhərindəki 1, 3 və 6 saylı orta məktəblərin, eləcə də Qarabaqqal kənd orta məktəbinin idman zalları əsaslı şəkildə təmir olunaraq güləşçilərin ixtiyarına verilib.

Güləşin bütün növləri üzrə məşqlərin keçiriləcəyi bu mərkəzlərdə dərslər ödənişsizdir. Yeni istifadəyə verilən zallarda ümumilikdə 600-dən artıq idmançının hazırlıq keçməsi üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, federasiya tərəfindən il ərzində mütəmadi olaraq bölgələrdə yeni güləş zallarının açılışı planlaşdırılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları