SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Azərbaycanın III MDB Oyunlarında yekun mövqeyi müəyyənləşib

Azərbaycanın III MDB Oyunlarında yekun mövqeyi müəyyənləşib

  • 08 oktyabr 2025, 17:56

Azərbaycanın III MDB Oyunlarında yekun mövqeyi müəyyənləşib.

Yurd.Media xəbər verir ki, son yarış günündə Şəkidə keçirilən bədii gimnastika üzrə mübarizədə idmançılarımız ümumilikdə 6 medal qazanıblar.

Bununla da Azərbaycan Oyunları 184 medalla başa vurub. Medallardan 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc olub. Bu nəticə ilə yığmamız ümumi sıralamada ikinci yeri tutub. Turnirin qalibi Rusiya olub.

Beləliklə, Azərbaycan idmançıları 2021-ci ildən keçirilən MDB Oyunlarında öz tarixinin ən yaxşı nəticəsini göstəriblər. Ölkəmiz I Oyunlarda 60 (16 qızıl, 16 gümüş, 28 bürünc), II Oyunlarda isə 62 (10 qızıl, 17 gümüş, 35 bürünc) medal qazanmışdı.

Prime Leasing