SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb

Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb

  • 17 may 2025, 22:55

Azərbaycanın yeniyetmələrdən ibarət bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bolqarıstanın Burqas şəhərində keçirilən Avropa Kubokunda bürünc medal qazanıb.

Yurd.Media xəbər verir ki, heyətində Nəzrin Abdullayeva, Ayan Nəsirova, Nəzrin Salmanlı, Mədinə Abbaslı, Şəms Muvəffəqi və Nilufər Oruclunun çıxış etdiyi kollektiv çoxnövçülükdə üçüncü olub.

Gimnastlar beş halqa və beş cüt gürzlə yarışlarda iki finala vəsiqə qazanıblar.

Qeyd edək ki, ötən gün Azərbaycanın əsas yığması 3 top və 2 halqa ilə hərəkətlərdə gümüş medal əldə edib.

Prime Leasing