Azərbaycanda sahildən balıq ovlama üzrə beynəlxalq turnir keçirildi

Azərbaycanda sahildən balıq ovlama üzrə beynəlxalq turnir keçirildi

  • 26 aprel 2025, 12:41
Bakı

Azərbaycanda sahildən balıq ovlama üzrə beynəlxalq turnir keçirilib.

Yurd.Media xəbər verir ki, Azərbaycanda İdman Balıqçılığının inkişafı məqsədilə təşkil olunan III Odlar Yurdu Beynəlxalq Surfkastinq (sahildən balıq ovlama) turnirinə xarici ölkələrdən dəvət olunmuş, həmçinin Gənclər və İdman Nazirliyinin rəsmilərinin idmançıları qatılıb.

Turnirin açılış mərasimində təşkilatçı "Bakı Balıqçılar və Sualtı Ovçular Klubu"nun idarə heyətinin sədri Azər Əliyev, həmçinin klubun digər rəsmi şəxsləri çıxış edib, iştirakçılara uğurlar arzulayıb.

Ardınca səhnəyə digər iştirakçı komandaların rəsmi şəxsləri çıxış üçün dəvət olunub və himnləri səsləndirilib.

Xarici rəsmilərin çıxışından sonra rəqqaslar da öz məharətlərini göstəriblər.

Qeyd edək ki, Azərbaycanda sayca üçüncü dəfə təşkil olunan bu turnir aprelin 27-də yekunlaşacaq. Yarışda Azərbaycanla yanaşı Türkiyə, İtaliya, Yunanıstan Polşa, Mərakeş, Tunisdən də idmançılar iştirak edəcək.