SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Qarabağ Çempionlar Liqasının əsas mərhələsində ilk dəfə evdə uduzdu

"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində ilk dəfə evdə uduzdu

  • 10 dekabr 2025, 23:39

"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində ilk dəfə evdə uduzdu.

Yurd.Media xəbər verir ki, VI turunun oyununda Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda Niderlandın "Ayaks" klubu ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionundakı matç qonaqların qələbəsi ilə bitib - 4:2.

Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb.

Qonaqlardan Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib. 47-ci dəqiqədə Mateus Silva yenidən "Qarabağ"ı hesabda önə keçirib.

"Ayaks"ın heyətində 79-cu dəqiqədə Oskar Qlux, 83-cü dəqiqədə Anton Qoei adını tabloya yazdırıb. Oskar Qlux 90-cı dəqiqədə fərqlənməklə dubl müəllifi olub.

Niderland klubu Liqa mərhələsində ilk qələbəsini qazanıb. "Qarabağ"ın turnirdə 7 xalı var.

Prime Leasing
SPE Annual Caspian