SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Varlının balasından futbolçu yetişmir, savadlı kasıb uşaqları isə məhv olur - VİDEO

"Varlının balasından futbolçu yetişmir, savadlı kasıb uşaqları isə "məhv olur" - VİDEO

  • 11 dekabr 2025, 09:57

Azərbaycanda futbol sahəsində məşqçilərə verilən əmək haqqı azdır.

Bunu uzun illər futbol üzrə Azərbaycan milli yığmasının kapitanı olmuş Tərlan Əhmədov Yurd.Media-nın baş redaktoru Murad Əliyevin təqdimatında “Yurddaş” verilişində müsahibəsində bildirib.

Onun sözlərinə görə, nəticədə futbolçular arasında ayrıseçkilik edilir:

"Məşqçilərə verilən əmək haqqı azdır, əgər əmək haqqı artırılsa, heç bir məşqçini imkanlı valideynlərdən gələn maddiyat maraqlandırmaz. Akademiyalarda ayrıseçkilik var. İmkanlı ailələrdən olan gənclərə fərqli davranış nümayiş etdirirlər, kasıb ailələrdən gələnlər gənclər tamamilə fərqli davranışa məruz qalırlar.  Tarixdə sübut olunmuş bir fakt da var ki, imkanlının övladından heç vaxt futbolçu yetişmir. Kim kasıbdırsa, çalışır peşəkara çevrilir. Bu nəinki futbol sahəsində, digər sahələrdə də belədir".

Həmçinin, T.Əhmədov bildirib ki, məşqçilərin çoxunun savadı aşağıdır:

"Dəfələrlə  Azərbaycanda  futbolçu yetişməməyi ilə bağlı mübahisələr olub. Bu zaman mən deyirəm ki, necə oldu əvvələr olurdu, indi olmur?!  Mən Şirvan şəhərində dünyaya gəlmişəm. Şirvandan Bakıya oxumağa gəlib, SSRİ yığmasının tərkibində futbol üzrə Avropa çempionu olmuşam. Sumqayıtdan Arif Əsədov dünya çempionu olub, Gəncədən Vəli Qasımov Avropa çempionu olub,  Nazim Süleymanov Rusiyada öz adı ilə səs salıb".

Prime Leasing
SPE Annual Caspian