Azərbaycanda ilk dəfə daun sindromlu uşaqların iştirakı ilə idman oyunları keçirildi - FOTO

Azərbaycanda ilk dəfə daun sindromlu uşaqların iştirakı ilə idman oyunları keçirildi - FOTO

  • 25 aprel 2025, 16:26
Bakı
Aprelin 24-də, Daun idmançılara Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə "Parlayan günəşlər" adlı idman oyunları keçirilib. Azərbaycandan başqa Türkiyə, Özbəkistan, Qırğızıstan və Türkiyədən də daun sindromlu idmançıların qatıldığı yarışlar Bakı Atletika Mərkəzində baş tutub. Yurd.Media xəbər verir ki, Bu oyunların keçirilməsində məqsəd cəmiyyətin daun sindromlu şəxslərə diqqətini çəkmək və idmançıların gələcək beynəlxalq idmam yarışlarına hazırlamaqdır. İdman oyunlarının açılış mərasimində Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, yerli və xarici ictimaiyyət nümayəndələri iştirak ediblər.