SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
İmişli Sumqayıtla, Qəbələ Araz-Naxçıvanla üz-üzə

"İmişli" "Sumqayıt"la, "Qəbələ" "Araz-Naxçıvan"la üz-üzə

  • 25 aprel 2026, 09:56

Azərbaycan Premyer Liqasında bu gün 29-cu tura start veriləcək.

Yurd.Media xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə "İmişli" "Sumqayıt"la üz-üzə gələcək. Elçin Məsiyevin idarə edəcəyi görüş, Quba Olimpiya İdman Kompleksində, saat 16:00-da start götürəcək. "Sumqayıt" hazırda 35 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 9-cu yerdə olan "İmişli"nin isə 29 xalı var.

Günün son matçı Qəbələdə keçiriləcək. "Qəbələ" evdə "Araz-Naxçıvan"ı qəbul edəcək. Saat 18:30-da start götürəcək qarşılaşmanın baş hakimi Kamal Umudlu olacaq. 39 xala malik "Araz-Naxçıvan" 6-cı yerdə qərarlaşıb. "Qəbələ" 19 xalla 11-cidir.

Qeyd edək ki, tura aprelin 27-də yekun vurulacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları