SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Şamaxıda 107 şahmatçının iştirakə ilə festival baş tutub

Şamaxıda 107 şahmatçının iştirakə ilə festival baş tutub

  • 23 iyul 2026, 23:51
Şamaxı

Şamaxıda 107 şahmatçının iştirakə ilə festival baş tutub.

Azərbaycan Şahmat Federasiyasından Yurd.Media-ya bildirilib ki, "Azərbaycan Şahmat Turu" çərçivəsində təşkil olunan "Shamakhi Open 2026" Beynəlxalq Şahmat Festivalına yekun vurulub.

Qrupunda 9 oyundan 8 xal toplayan Əhməd Əhmədzadə birinci yeri tutub. Hərəyə 7 xalı olan Vüqar Manafovla Xəzər Babazadə 2-3-cü yerləri bölüşdürüblər.

Festival çərçivəsində rapid və blits yarışları da baş tutub. Xəzər Babazadə rapid, Tunar Davudov isə blitsdə birincilik əldə edib.

Bağlanış mərasimində qalib və mükafatçılara diplom, medal və pul mükafatları təqdim olunub. Yarışın qalibi 5 000 manat qazanıb.

Qeyd edək ki, turnirdə ümumilikdə 107 şahmatçı mübarizə aparıb. "Azərbaycan Şahmat Turu" çərçivəsində növbəti yarış "Vugar Gashimov Open" olacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları