Azərbaycan çempionu "Sabah" səfər qələbəsi ilə növbəti mərhələyə adlayıb.
Yurd.Media xəbər verir ki, Azərbaycan çempionu “Sabah” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.
Masazır klubu Finlandiyanın "Kups" komandası ilə qarşılaşıb.
Kuopio şəhərindəki “Savon Sanomat Arena”da keçirilən görüşdə Azərbaycan çempionu 2:0 hesabı ilə qələbə qazanıb. Mikels 53 və 70-ci dəqiqələrdə fərqlənib.
Qeyd edək ki, Masazırda baş tutan ilk qarşılaşmada “Sabah” 1:0 hesablı qələbə qazanmışdı. Bu nəticələrlə "Sabah" növbəti mərhələyə adlayıb.