SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Şamaxı Araz-Naxçıvana, Kəpəz Sumqayıta QARŞI

"Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a QARŞI

  • 20 sentyabr 2026, 10:42

Azərbaycan Premyer Liqasında VI tura bu gün yekun vurulacaq.

Yurd.Media xəbər verir ki, turun son oyun günündə iki görüş baş tutacaq.

Əvvəlcə "Şamaxı" evdə "Araz-Naxçıvan"ı qəbul edəcək. Saat 16:30-da start götürəcək qarşılaşmanı İnqilab Məmmədov idarə edəcək.

"Şamaxı" hazırda 6 xalla turnir cədvəlinin 7-ci pilləsində yer alıb. 2 xala malik "Araz-Naxçıvan" isə 11-ci pillədədir.

Tura Gəncə şəhər şəhər stadionunda yekun vurulacaq. "Sumqayıt" səfərdə "Kəpəz"in qonağı olacaq. Əliyar Ağayevin idarə edəcəyi görüş saat 19:00-da başlayacaq.

"Kəpəz" hazırda 6 xalla 6-cı yerdədir. Cəmi 1 xalı olan "Sumqayıt" isə sonuncu - 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun daha əvvəl baş tutan matçlarında "Neftçi" "Qəbələ"ni (3:0), "Qarabağ" "Şəfa"nı (1:0), "Turan Tovuz" "Zirə"ni (1:0), "Sabah" isə "İmişli"ni (3:1) məğlub edib.

Skat.az - Ev və Avtomobil elanları