SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Neftçi Qarabağı qəbul edəcək

"Neftçi" "Qarabağ"ı qəbul edəcək

  • 26 aprel 2026, 13:37
Bakı

Azərbaycan Premyer Liqasının 29-cu turunda bu gün 2 qarşılaşma baş tutacaq.

Yurd.Media xəbər verir ki, günün ilk oyunu "Şamaxı" və "Kəpəz" arasında baş tutacaq. Saat 16:00-da start götürəcək qarşılaşma Şamaxı şəhər stadionunda keçiriləcək. Şamaxı təmsilçisi turnir cədvəlində 32 xalla 8-ci, "Kəpəz" isə 21 xalla 10-cu yerdədir.

"Neftçi" isə evdə "Qarabağ"ı qəbul edəcək. Saat 19:00-da keçiriləcək derbi Tural Qurbanova həvalə edilib. "Ağ-qaralar" 44 xalla turnir cədvəlində 5-ci, "Qarabağ" isə 56 xalla ikinci pillədə qərarlaşıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları