SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Azərbaycan güləşçiləri yenidən Avropa çempionu adını qazandılar

Azərbaycan güləşçiləri yenidən Avropa çempionu adını qazandılar

  • 23 aprel 2026, 01:17

Azərbaycan güləşçiləri yenidən Avropa çempionu adını qazandılar. 

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında 2 qızıl, 3 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz titulunu qoruyub və 133 xalla yenidən Avropa çempionu olub.

Yurd.Media xəbər verir ki, Türkiyə (121) ikinci, Gürcüstan (118) isə üçüncü yeri tutub.

Millinin heyətində Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları