SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
“Sabah”dan çempionluq yolunda Qarabağ üzərində mühüm qələbə

“Sabah”dan çempionluq yolunda "Qarabağ" üzərində mühüm qələbə

  • 18 aprel 2026, 22:57

Azərbaycan Premyer Liqasının XXVIII turunda 2 oyun keçirilib.

Yurd.Media xəbər verir ki, əvvəlcə “Karvan-Yevlax” və “Şamaxı” komandaları üz-üzə gəlib.

Yevlax şəhər stadionunda baş tutan qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Baş hakim Emin Əliyevin idarə etdiyi görüşdə yeganə qolu 39-cu dəqiqədə Coy-Slayd Mikels vurub.

Bu nəticədən sonra xallarını 14-ə çatdıran Yevlax təmsilçisi turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb, “şirlər” isə 32 xalla 8-ci sırada yer alıb.

Günün növbəti matçında “Qarabağ” “Sabah”ı qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma Masazır təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

45-ci dəqiqədə Abdulla Xaybullayev fərqlənib. Yarımmüdafiəçi 46-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Xallarının sayını 69-a çatdıran "Sabah" çempionluğa daha da yaxınlaşıb. İkinci sıradakı "Qarabağ"ın 56 xalı var. Ağdam klubunun ehtiyatda bir matçı qalıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları