SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Premyer Liqada minimal hesablı qələbələr

Premyer Liqada minimal hesablı qələbələr

  • 19 aprel 2026, 21:17

Azərbaycan Premyer Liqasının XXVIII turunda daha 2 oyun keçirilib.

Yurd.Media xəbər verir ki, ilk görüşdə “Kəpəz” və “İmişli” komandaları üz-üzə gəlib.

Yevlax şəhər stadionunda keçirilən görüş İmişli təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Kamal Umudlunun idarə etdiyi görüşdə yeganə qolu 38-ci dəqiqədə Azər Salahlı vurub.

Beləliklə, Jorj Kaşkilyanın komandası xallarını 29-a çatdıraraq ən yaxın rəqibi "Şamaxı" ilə xal fərqini 3-ə endirib.

Gəncə təmsilçisi isə 21 xalla 10-cu yerdə möhkəmlənib.

Turun son matçında "Sumqayıt" "Qəbələ"ni sınağa çəkib.

Mehdi Hüseynov adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma ev sahibinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Görüşdə hesabı 19-cu dəqiqədə Höccət Haqverdiyev açıb.

Beləliklə, Saşa İliçin rəhbərlik etdiyi kollektiv çempionatda 9 oyunluq qələbəsizlik seriyasına son qoyub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları