SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Kəpəz İmişlini, Sumqayıt Qəbələni qəbul edir

"Kəpəz" "İmişli"ni, "Sumqayıt" "Qəbələ"ni qəbul edir

  • 19 aprel 2026, 11:52

Azərbaycan Premyer Liqasında XXVIII turun son iki qarşılaşması bu gün keçiriləcək.

Yurd.Media xəbər verir ki, əvvəlcə "Kəpəz" "İmişli"ni qəbul edəcək.

Görüş Yevlax şəhər stadionunda, saat 15:30-da start götürəcək. Gəncə təmsilçisi turnir cədvəlində 21 xalla 10-cu yerdə qərarlaşıb. "İmişli" isə 26 xalla doqquzuncudur.

Turun son matçı isə Sumqayıtda təşkil olunacaq. Şəhərin eyniadlı komandası "Qəbələ"ni sınağa çəkəcək. Qarşılaşma saat 19:00-da təşkil olunacaq. Hazırda 32 xala malik "Sumqayıt" 7-ci pillədədir. 11-ci yerdə olan "Qəbələ"nin isə 19 xalı var.

Qeyd edək ki, daha əvvəl keçirilən matçlarda "Turan Tovuz" "Araz-Naxçıvan"ı (3:0), "Karvan-Yevlax" "Şamaxı"nı (1:0) üstləyib. "Zirə" - "Neftçi" matçında qalib müəyyənləşməyib - 1:1.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları