SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Azərbaycan millisi Belçikanı darmadağın etdi

Azərbaycan millisi Belçikanı darmadağın etdi

  • 24 may 2025, 20:29

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının I seçmə mərhələsində (EBSL) ikinci oyununu keçirib.

Yurd.Media AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, B Liqasının A qrupunda yer alan millimiz Belçika yığması ilə qarşılaşıb. İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunan görüş Sahib Məmmədovun rəhbərlik etdiyi kollektivin 11:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millinin heyətində Ramil Əliyev 3, Comərd Baxşəliyev 2 qol vurub, Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, Amid Nəzərov, Sahib Məmmədov və Bayram Bayramlı hərəyə 1 dəfə fərqləniblər.

Qeyd edək ki, Azərbaycan yığması ilk oyununda İngiltərə yığmasını 5:4 hesabı ilə məğlub etmişdi. Milli qrupdakı son matçını mayın 25-də Litva (14:15) seçməsinə qarşı keçirəcək.

Prime Leasing
SPE Annual Caspian