Azərbaycan Premyer Liqasında IX turun daha iki oyunu bu gün keçiriləcək.
Yurd.Media xəbər verir ki, günün ilk matçında "Araz-Naxçıvan" "Sabah"la üz-üzə gələcək.
Qarşılaşma saat 16:00-da start götürəcək. Naxçıvan təmsilçisi 15 xalla üçüncü, Bakı klubu 14 xalla dördüncü sıradadır.
Günün ikinci görüşündə "Zirə" "Sumqayıt"ı qəbul edəcək. Bu oyun saat 18:30-da başlayacaq. Meydan sahibləri 13 xalla altıncı, qonaqlar 14 xalla beşinci pillədə qərarlaşıb.
Qeyd edək ki, ötən gün "Turan Tovuz" "Karvan-Yevlax"ı (2:1), "İmişli" isə "Kəpəz"i (3:0) məğlub edib. Tura oktyabrın 26-da yekun vurulacaq.