SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Realı məğlub edən Barselona La Liqada liderliyini möhkəmləndirib - VİDEO

"Real"ı məğlub edən "Barselona" La Liqada liderliyini möhkəmləndirib - VİDEO

  • 11 may 2025, 20:22

İspaniya La Liqasının XXXV turunda "El-Klasiko" baş tutub.

Yurd.Media xəbər verir ki, "Barselona" "Real"ı qəbul edib.

Qarşılaşma Kataloniya təmsilçisinin qələbəsi ilə bitib - 4:3. Meydan sahiblərinin heyətində 19-cu dəqiqədə Erik Qarsiya, 32-ci dəqiqədə Lamin Yamal, 34 və 45-ci dəqiqələrdə Rafinya fərqlənib.

Qonaqlarda Kilian Mbappe 5 (p), 14 və 70-ci dəqiqələrdə adını tabloya yazdırıb.

Sona üç tur qalmış xallarının sayını 82-yə çatdıran "Barselona" liderliyini möhkəmləndirib. Madrid klubu 75 xalla ikinci sıradadır.