Ağdaşda yolu keçən qadınları maşın vurub öldürdü.
Yurd.Media APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində Zabit Rəsulov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyadalar - 49 yaşlı Sədaqət Ramazanova və 47 yaşlı Elnarə Sultanovanı vurub.
Xəsarət alan şəxslər hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.