SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Yol vermək üstündə VAZ sürücüsü döyüldü - VİDEO

Yol vermək üstündə VAZ sürücüsü döyüldü - VİDEO

  • 10 iyun 2026, 23:35
Göyçay

Göyçayda yol vermək üstündə dava nəticəsində gənc oğlan xəstəxanalıq olub.

Yurd.Media "Metbuat.az"a istinadən xəbər verir ki, Göyçayda kütləvi dava baş verib.

Hadisə bu gün rayonun avtovağzalı yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, kütləvi dava zamanı VAZ-2106 markalı avtomobilin sürücüsü, 1997-ci il təvəllüdlü İbrahim Məmmədov ağır xəsarətlər alıb. O, Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İnsidentə tərəflər arasında yol hərəkəti ilə bağlı yaranmış mübahisənin səbəb olduğu deyilir.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, xuliqanlıq əməli törədən şəxslər saxlanılıb. Araşdırmalar davam etdirilir.

Hadisənin görüntüsünü təqdim edirik:

Yol vermək üstündə VAZ sürücüsü döyüldü - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları