Yevlaxda “Mersedes" və “Lifan” maşınlarının toqquşması iki nəfərin ölümü ilə nəticələndi.
Yurd.Media xəbər verir ki, Yevlax rayon Salahlı kənd ərazisində baş verən qəza nəticəsində 2 nəfər dünyasını dəyişib, daha bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Ölənlər “Lifan” avtomobilinin sürüsü Akif Hacıyev və həmin avtomobildə olan sərnişin Sabir Hacıyev olub. Yaralananlar isə Aqşin Hüseynov, Elcan Hacıyev, Əli Hacıyev, Nihad Hacıyev və Rza Xurşudovdur.
Faktla bağlı araşdırma aparılır.
