SÜJET
Yenicə istifadəyə verilmiş Sumqayıt-Saray körpüsünün bəzi hissələrində çökmə hadisəsinin baş verdiyi ilə bağlı müxtəlif saytlarda və sosial şəbəkə hesablarında informasiyalar gedib.
Yurd.Media xəbər verir ki, Modern.az məsələni dəqiqləşdirmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə əlaqə saxlayıb.
Saytımızın sorğusuna qurumun mətbuat katibi Anar Nəcəfli münasibət bildirib.
"Körpü ilə bağlı yayılmış məlumat yalandır, dezinformasiyadır. Körpüdə hər-hansı bir problem yoxdur", deyə Anar Nəcəfli qeyd edib.