SÜJET
Bakı şəhəri, Yasamal rayonunda 19 yaşlı qız hündürlükdən yıxılıb.
Yurd.Media Metbuat.az-a istinadən xəbər verir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, hadisə 18:50 radələrində baş verib.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Xəstəyə zəruri tibbi yardım göstərilib, boyun şinası qoyulub. Pasiyent “müştərək travmalar, bel-omba nahiyəsinin travması” diaqnozu ilə tibb müəssisəsinə təxliyə olunub.