SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Böyük Qayıdış Süni intellekt Kiberdələduzluq
Qaxda 20 yaşlı şəxsi ilan sancıb

Qaxda 20 yaşlı şəxsi ilan sancıb

  • 23 may 2025, 15:29
Qax

Mayın 22-də 2005-ci il təvəllüdlü şəxs (kişi cinsli) sağ çiyin nahiyəsindən ilan sancması səbəbi ilə Qax rayonunda 2 doza ilan zəhəri əleyhinə zərdab vurulmaqla ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Yurd.Media xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, şöbədə xəstəyə zəruri tibbi xidmətlərin göstərilməsinə başlanılıb. Hazırda xəstənin vəziyyəti ağır-stabildir, müsbət dinamika müşahidə olunur.