SÜJET
Bu gün saat 19:00 radələrində Bakının Yasamal rayonu, Nazim Hikmət küçəsində “Jeep” markalı minik avtomobili qəfil alovlanaraq yanıb.
Hadisə şahidlərindən Yurd.Media-ya verilən məlumata görə, avtomobilin mühərrik hissəsində başlayan yanğın qısa müddətdə maşını bürüyüb.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası və polis əməkdaşları cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb.
Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Avtomobil isə yararsız hala düşüb.
Hadisənin səbəbləri araşdırılır.