SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Böyük Qayıdış Süni intellekt Kiberdələduzluq
Bakıda sürət qatarı piyadanı vurdu

Bakıda sürət qatarı piyadanı vurdu

  • 24 may 2025, 22:11
Bakı

Bu gün axşam saatlarında sürət qatarı piyadanı vurub.

Yurd.Media xəbər verir ki, bu haqda Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.

Bildirilib ki, Zabrat 2 - Sabunçu sahəsində hərəkətdə olan qatarın qarşısına qəflətən bir nəfər çıxıb.

Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğu üçün hadisə qaçılmaz olub. Ərazidəki əməkdaşlar tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb və həmin şəxs xəstəxanaya aparılıb.

ADY bir daha insanları dəmiryol xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır.