SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Böyük Qayıdış Süni intellekt Kiberdələduzluq
Erməni terrorçunun Xocavənddəki abidəsi söküldü

Erməni terrorçunun Xocavənddəki abidəsi söküldü

  • 24 may 2025, 19:17
Xocavənd

Azərbaycanlılara qarşı 1918-1920-ci illərdə soyqırımı törətmiş, ikinci dünya müharibəsi dövründə III Reyxlə əməkdaşlıq etmiş erməni terrorçu Qaregin Njdenin Xocavənddəki abidəsi götürülüb. 

Yurd.Media "Unikal"a istinadən xəbər verir ki, ermənilərin "Milli Qəhrəman"ı olan Qaregin Njdenin abidəsi heykəltəraş Armen Petrosyan tərəfindən hazırlanıb. O, 26 sentyabr 2020-ci ildə separatçı rejim tərəfindən Xocavənddə ucaldılmışdı. 

Müharibədən sonra rəsmi Bakının tələbi ilə 2021-ci ildə terrorçunun heykəlinin üzərinə örtük çəkilmişdi. İndi isə terrorçunun izi işğaldan azad edilən torpaqlarımızdan tamamilə silinib.