SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Vətən müharibəsinin alovundan çıxdı, dəm qazı həyatına son qoydu

Vətən müharibəsinin alovundan çıxdı, dəm qazı həyatına son qoydu

  • 29 yanvar 2026, 19:17

Vətən müharibəsi iştirakçısı Bakıda dəm qazından boğularaq ölüb.

Yurd.Media xəbər verir ki, hadisə 26 yaşlı İmişli rayon sakini Məmiyev Ramazan Rafiq oğlunun Bakıda kirayə qaldığı evdə baş verib.

Mərhum Qazaxıstanda çalışırmış və bir müddət öncə Azərbaycana sənədlərini düzəltdirmək üçün gəlibmiş. 

Məlumata görə, o Vətən müharibəsi iştirakçısı olub və bir sıra medallarla təltif edilib. 

R. Məmiyev İmişli rayonunda dəfn olunacaq. 

Faktla bağlı araşdırma aparılır.

Skat.az - Ev və Avtomobil elanları