Goranboyda 2 qadın bıçaqlanıb, onlardan biri ölüb.
Yurd.Media xəbər verir ki, rayonun Fəxralı kəndində 1963-cü il təvəllüdlü Zoya Əhmədova və 1995-ci il təvəllüdlü Jale Yolçuzadə bıçaqlanıb. Onlardan 10-dan çox bıçaq xəsarəti alan Z.Əhmədova dünyasını dəyişib.
Digər zərərçəkən ağır halda xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən isə ölən qadının oğlu- 1987-ci il təvəllüdlü Vəliyev Emin Xaləddin oğludur.
Ağır xəsarət alan 2 uşaq anası qadın isə hadisəni törətməkdə şübhəli bilinənin həyat yoldaşıdır.
Belə ki, Emin Vəliyev həyat yoldaşını bıçaqlamaq istəyən zaman anası qarşısını almağa çalışıb. Bu zaman o anasına da çox sayda bıçaq xəsarəti yetirib. Qadın hadisə yerində dünyasını dəyişib. Digəri isə Gəncə şəhərində yerləşən xəstəxanlardan birinə çatdırılıb.
Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinənin psixoloji problemləri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
