Göygöldə toyda dava düşüb.
Yurd.Media xəbər verir ki, Göygöl rayonunda fəaliyyət göstərən şadlıq saraylarının birində keçirilən toy mərasimində mübahisə düşüb.
Hadisə zamanı 2 qardaş bıçaq xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Zərərçəkənlər 1999-cu il təvəllüdlü V.Atakişili və 2005-ci il təvəllüdlü Ş.Atakişilinin vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.